İnsanlara hürriyət, millətlərə istiqlal!

“Hizbullah” Livanla sərhəddə İsrail hərbi postunu atəşə tutub

368 02.12.2023 03:41 Dünya A A

“Hizbullah” partiyasının silahlı qanadı Qəzza zolağında humanitar atəşkəs başa çatdıqdan sonra Livan-İsrail sərhədində hərbi əməliyyatları bərpa edib.

Bu barədə birləşmələrin “Telegram” kanalında yerləşdirilmiş bəyanatında bildirilir.

Qeyd olunur ki, müqavimət döyüşçüləri Cəl əl-Aləm bölgəsində İsrail hərbi postunu atəşə tutublar. Hücumun nəticələri barədə məlumat verilmir.

Raketlər Livanın cənubundan hava hücumu sirenlərinin səsləndiyi Menara, Şlomi, Marqaliot və Kiryat-Şmona yəhudi yaşayış məntəqələri yaxınlığındakı İsrail mövqelərinə doğru atılıb.

Həmçinin, Əl-Mərc sərhəd bölgəsində və Ramim kazarmasında İsrail patruluna da zərbələr endirilib. Yaraqlılar düşmən sıralarında ölən və yaralananların olduğunu iddia edirlər.//Oxu.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR