İnsanlara hürriyət, millətlərə istiqlal!

Hissin mahnısının sözlərinin imtahan bazasına salınmasına DİM-dən REAKSİYA - FOTO

1761 02.11.2023 11:37 Gündəm A A

Dövlət İmtahan Mərkəzi Azərbaycanda özəl tədris müəssisələrindən birində 9-cu siniflər üçün təşkil olunan sınaq imtahan sualında müğənni Hissin mahnısının sözlərinin yer alması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Qurumun mətbuat katibi Xanlar Xanlarzadə oxu.az-ın sorğusuna cavab olaraq bildirib ki, sual Dövlət İmtahan Mərkəzinin bazası əsasında hazırlanmayıb:

“Qeyd olunan sualın DİM-in test bankına aidiyyəti yoxdur. Sadəcə bizimlə dəqiqləşdirmə aparılmadan paylaşıblar”.

Qeyd edək ki, sosial şəbəkələrdə özəl tədris müəssisələrindən birində 9-cu siniflər üçün təşkil olunan sınaq imtahanında müğənni Hissin “Mars” adlı mahnısındakı “mahnılarım qızıldır, paslanmır” sözləri yer alıb.

Sözügedən sual müzakirələrə səbəb olub. 

Bildirilib ki, onlar nə üçün tanınmış sənətkarların klassik ifalarından yox, məhz Hissin mahnısından test tərtib edildiyini soruşublar.

İddia edilib ki, həmin suallar Dövlət İmtahan Mərkəzinin bazası əsasında hazırlanıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR