İnsanlara hürriyət, millətlərə istiqlal!

Hindistandan düyü ixracına daha bir qadağa  

1629 27.08.2023 08:00 İqtisadiyyat A A

Qlobal düyü ixracının 40 faizinə sahib Hindistan bu məhsulla bağlı daha bir məhdudiyyət tətbiq edib.

Musavat.com "Bloomberg"ə istinadən xəbər verir ki, ölkə hökuməti qaynadılmış düyü ixracına 20 faiz əlavə rüsum tətbiq edib.

Hindistan hökuməti bu addımı daxili bazarda ərzaq inflyasiyasının qarşısını almaq üçün atdığını elan edib.

Qeyd edək ki, qaynadılmış düyü Hindistanın ümumi düyü ixracatının 30 faizə yaxınını təşkil edir. Buna görə də tətbiq olunan məhdudiyyətin dünya bazarında düyü qiymətlərini daha da bahalaşdıracağı gözlənilir.


Xatırladaq ki, iyunda Hindistan basmatı növü istisna olmaqla ağ düyü ixracına tam qadağa qoyub. Nəticədə qlobal düyü qiymətləri kəskin şəkildə bahalaşıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR