Telegram platformasının yaradıcısı Pavel Durov iddia edir ki, Hindistan internet provayderi “Reliance” BGP hakerliyi vasitəsilə Hindistan xaricində milyonlarla istifadəçinin Telegram-a girişini bloklayır.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, sahibkarın sözlərinə görə, bu, BƏƏ də daxil olmaqla müxtəlif ölkələrdə istifadəçilərə təsir edən giriş problemlərinə səbəb olan "BGP hakerliyi adlanan qanunsuz bir üsuldur".
Durov əlavə edib ki, “Reliance” çoxsaylı kəsintilər barədə məlumatlara cavab vermir. O, həmçinin şirkətin qismən Meta (WhatsApp) şirkətinə məxsus olduğunu və biznes maraqlarının ola biləcəyini istisna etmədiyini qeyd edib.
"Hindistanda Telegram-ı qadağan etmək üçün son lobbiçilik səylərinin arxasında “Reliance/WhatsApp”-ın da dayanması məni təəccübləndirməzdi", - Durov yazır.
Telegram əvvəllər imtahan materiallarının sızması barədə məlumatlardan sonra Hindistanda bir həftəlik məhdudlaşdırılmışdı. Tətbiq həmçinin müvəqqəti olaraq tətbiq marketindən silinib.
Musavat.com






