İnsanlara hürriyət, millətlərə istiqlal!

Hindistanda Çandipur virusu yayılır: Ölənlər var

543 22.07.2024 00:29 Dünya A A

Hindistanın qərbindəki Qucarat əyalətində ən azı 16 nəfərin ölümünə səbəb olan Çandipur virusuna yoluxma halları qeydə alınıb.

Oxu.Az NDTV-yə istinadən xəbər verir ki, ölkənin səhiyyə naziri Raşikesh Patel 50 təsdiqlənmiş yoluxma barədə məlumat verib.

Bu həftə əyalət səlahiyyətliləri artıq ilk təsdiqlənmiş ölüm və 29 infeksiya haqqında məlumat vermişdilər.

Qeyd edək ki, Çandipur virusu ağcaqanadların, gənələrin və mığmığaların dişləməsi ilə ötürülür. Bu virusa qarşı xüsusi müalicə və ya peyvənd yoxdur. İnfeksiya qrip və ya kəskin ensefalit kimi simptomlara səbəb olur.

Xatırladaq ki, Hindistanda vaxtaşırı olaraq bu virus yayılır və bu, uşaqlar üçün böyük təhlükə yaradır. 2003-2004-cü illərdə Hindistanın mərkəzində baş verən epidemiyalar zamanı ölüm nisbəti 56-75%-ə çatıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR