İnsanlara hürriyət, millətlərə istiqlal!

“Hindistan Yaradıcılığı Səhnədə” - FOTOLAR

1017 01.09.2022 16:37 Mədəniyyət A A

Hindistanın Bakıdakı Səfirliyi “ANM Exhibitions” sərgi şirkəti ilə birgə “JW Marirott Abşeron Bakı” mehmanxanasında “Hindistan Yaradıcılığı Səhnədə” adlı eksklüziv moda nümayişini təşkil edib.

Musavat.com-un xəbərinə görə, Hindistanın Bakıdakı Səfirliyinin müvəqqəti işlər vəkili Vinay Kumar tədbirdə çıxışında bildirib ki, bu eksklüziv moda nümayişi Hindistan Səfirliyi tərəfindən Hindistanın müstəqilliyinin 75 illiyini qeyd etmək məqsədilə “Azadi Ka Amrit Mahotsav” təşəbbüsü çərçivəsində təşkil olunan silsilə tədbirlərdən biridir.

Tədbirdə hindistanlı və azərbaycanlı qonaqlar, o cümlədən hökumət rəsmiləri, ticarət palatalarının nümayəndələri, iş adamları və media işçiləri iştirak ediblər.

Moda şousunun rəhbəri və xoreoqrafı Anup Banerci olub. Təqdimat şousunda Hindistandan olan təcrübəli dizaynerlər - “CTC Mall”dan Sudeş Çabra, “Majestic by Japnah” brendindən Harmit və Qambir Capnah, “DeBeau” brendindən  Bhavna Şarma və Samant Çauhan iştirak edib. Azərbaycanlı modellərin nümayiş etdirdiyi hind sariləri, gəlinlik lehanqalar və kolilər, salvar kostyumlar, Qərb stilində olan şənlik geyimləri, yüksək dəb geyimləri və axıcı donlar nümayiş zamanı tamaşaçıların diqqətini cəlb edib.

Tədbirdə çıxış edən Vinay Kumar Hindistanın dünyanın ikinci ən böyük tekstil və geyim istehsalçısı olduğunu vurğulayıb. Toxuculuq və geyim sənayesi Hindistanın ÜDM-nin 2,3%-ni və ixracının 12%-ni təşkil edir. Hindistanın tekstil və geyim ixracı (əl işləri daxil olmaqla) ötən maliyyə ilində illik 41% artımla 44,4 milyard ABŞ dolları təşkil edib. Hindistanda 45 milyona yaxın insan tekstil və əl toxuculuğu sektorunda çalışır.

Vinay Kumar həmçinin Hindistan və Azərbaycan arasında tekstil və geyim sektorunda əməkdaşlıq üçün geniş imkanların olduğunu bildirib. O vurğulayıb ki, bu moda nümayişi Azərbaycanın dost və mehriban xalqına Hindistanın tekstil sənayesinin gücünü təqdim edir və bu, iki ölkə arasında ümumi ikitərəfli iqtisadi əlaqələrin inkişafına kömək edəcək.

O, tamaşaçılardan 02-12 sentyabr 2022-ci il tarixlərində Bakı İdman Sarayında keçiriləcək “Best of India” sərgisini ziyarət edərək Hindistandan gətirilən yüksək keyfiyyətli məhsul və xidmətlərlə tanış olmağa dəvət edib. Ziyarətçilər həmçinin sərginin ilk 3 günü saat 13:00 və 16:00-da canlı eksklüziv moda şoularını təmənnasız izləyə bilərlər.

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR