İnsanlara hürriyət, millətlərə istiqlal!

Hindistan Rusiyadan neft idxalını 11 dəfə azaldıb

164 15.01.2025 13:50 Dünya A A

2024-cü ilin oktyabrında Hindistan Rusiyadan neft məhsullarının idxalını 2023-cü illə müqayisədə 11,6 dəfə azalaraq 61,2 milyon dollar həddinə endirib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, oktyabr ayında Rusiyadan Hindistana bu məhsulların ixracı 2024-cü ilin iyun ayından etibarən minimuma düşüb.

Ötən ilin ilk on ayı ərzində Hindistan Rusiyadan təxminən 2 milyard dollar dəyərində belə resurs alıb ki, bu da 2023-cü illə müqayisədə iki dəfə azdır.
Eyni zamanda oktyabr ayında Rusiya Hindistanın idxalında ikinci mövqedən dördüncü yerə düşüb. Birinci yeri 87,7 milyon dollarla BƏƏ, ikinci yeri 68,5 milyon dollarla Sinqapur, üçüncü yeri isə 67,5 milyon dollarla Cənubi Koreya tutur.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR