İnsanlara hürriyət, millətlərə istiqlal!

"Hindistan Cammu və Kəşmiri mübahisəli ərazi kimi tanımalıdır"

513 20.06.2024 16:30 Dünya A A

Hindistan Respublikası Cammu və Kəşmiri mübahisəli ərazi kimi tanımalıdır və bu barədə qərar BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq veriləcək.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bunu jurnalistlər üçün keçirdiyi brifinqdə Pakistan Xarici işlər nazirliyinin rəsmi nümayəndəsi Mümtaz Zəhra Bəluç deyib.

“Cammu və Kəşmir beynəlxalq səviyyədə tanınmış mübahisəli ərazidir. Bu bölgənin mülkiyyəti ilə bağlı mübahisə 70 ildən artıqdır ki, BMT Təhlükəsizlik Şurasının gündəliyindədir. BMT-nin himayəsi altında azad və qərəzsiz plebissit vasitəsilə xalqın iradəsinə uyğun olaraq dünya təşkilatının bu qurumunun müvafiq qətnamələri əsasında nəhayət qərar veriləcək”, - deyə, o qeyd edib.

Qeyd edək ki, daha öncə Hindistan Xarici işlər nazirliyinin sözçüsü Randhir Caysalval bu ilin iyun ayının 8-də qəbul edilən Pakistan-Çin bəyanatında Cammu və Kəşmirin adının çəkilməsini əsassız adlandırıb Cammu və Kəşmir, eləcə də Ladaxın həmişə Hindistan ərazisi kimi qalacağını bildirib.

Xatırladaq ki, bu mübahisədə Azərbaycan Pakistanın mövqeyini dəstəkləyir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR