İnsanlara hürriyət, millətlərə istiqlal!

Hindistan ABŞ-a görə Rusiyadan silah alışını azaldır – Reuters

480 28.01.2024 21:09 Dünya A A

Hindistan Ukrayna ilə genişmiqyaslı müharibə şəraitində hərbi müqavilələr üzrə öhdəliklərini yerinə yetirə bilməyən Rusiyadan silah asılılığını azaltmağa çalışır.

Bu barədə “Reuters” məlumatlı Hindistan mənbələrinə istinadən yazır.

Agentlik bildirir ki, dünyanın ən böyük silah idxalçısı ABŞ-ın Hind-Sakit Okean regionunda əlaqələri gücləndirməyə çalışdığı bir vaxtda yavaş-yavaş üzünü Qərbə çevirir.

Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun məlumatına görə, son iki onillikdə Rusiya Hindistanın 60 milyard dollardan çox silah alışının 65 faizini təmin edib. Lakin Ukraynadakı müharibə Rusiyanın silah tədarüklərində problem yaradıb, buna görə də Hindistan silah bazasını şaxələndirmək cəhdlərini sürətləndirib.

Yeni Dehli Müşahidəçi Araşdırmalar Fondunun Rusiya üzrə eksperti Nandan Unnikrişnan agentliyə deyib ki, ölkəsinin Rusiya ilə hər hansı böyük hərbi müqavilə imzalamaq ehtimalı azdır: “Bu, Vaşinqton üçün qırmızı xətt olardı".

Bu yaxınlarda istefa vermiş yüksək rütbəli təhlükəsizlik məmuru da daxil olmaqla dörd Hindistan hökumət rəsmisi anonimlik şərti ilə Reuters-ə eyni fikri söyləyib. Onların sözlərinə görə, Hindistan Kamov helikopterlərinin və Su və ya MiQ qırıcılarının alınması üçün böyük müqavilələr bağlamayacaq.

Hindistan növbəti on il ərzində müdafiə sifarişlərinə təxminən 100 milyard dollar xərcləməyi planlaşdırır. Lakin indi diqqət xaricdə hazır silahların alınmasına deyil, Hindistanda istehsalın lokallaşdırılmasına yönəlib.

Keçən il Hindistan və ABŞ Hindistan fabriklərində döyüş təyyarələri üçün mühərriklərin istehsalına dair saziş imzaladılar ki, bu da ABŞ-ın rəsmi müttəfiqi olmayan bir ölkəyə ilk belə güzəştidir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR