İnsanlara hürriyət, millətlərə istiqlal!

Hikmət Hacıyevdən mühüm təklif - ermənipərəst siyasətçilər üçün beynəlxalq komissiya yaradaqmı...

652 29.08.2023 13:15 Siyasət A A

ABŞ nəşri arvadı erməni olan senator Bob Menendesi ifşa etdi, erməni lobbisinin əlinə baxan digər konqresmenlər də faş olunmalıdır; deputat və hüquqşünas rəyi

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ-ın “The New York Post” nəşrindən senator Bob Menendesin həyat yoldaşının mümkün qanunsuz hərəkətləri barədə çıxarış paylaşaraq ermənipərəst siyasətçilərin fəaliyyətinin daha da araşdırılmasına çağırış edib.

“Yeni Müsavat” xəbər verir ki, Prezidentin köməkçisi sosial şəbəkədə yazıb: “Pul hər şeyi həll edir! ABŞ və Avropadakı bütün anti-Azərbaycan ermənipərəst lobbiçilər və siyasətçilər daha da araşdırılmalıdır”. H.Hacıyevin paylaşdığı “The New York Post”dakı xəbərin başlığında qeyd olunub: “Senator Bob Menendesin arvadı ofisi federal araşdırma təhlükəsi ilə üz-üzə olduğunu etiraf etməzdən aylar öncə 400 min dollar qızıl külçə satıb”. “The New York Post”un dərc etdiyi yazıda senatorun korrupsiya içində olduğu qeyd olunur və bu, təkzib olunmayan faktlarla göstərilib. Menendes qatı ermənipərəstdir və erməni lobbisi tərəfindən satın alınıb. Nəzərə çatdıraq ki, erməni lobbisinin maliyyəsi - dəqiq desək, verdiyi rüşvət hesabına Azərbaycana qarşı qarayaxma kampaniyaları təşkil edən və bu proseslərə ABŞ və Avropada qoşulan deputatların, məmurların sayı çoxdur. Onların bəziləri ötənlərdə ifşa edilib, faktlar ortaya qoyulub.

Sirr deyil ki, postmüharibə dövründə Azərbaycana qarşı böhtanların yeni dalğası başlayıb və erməni lobbisi bu işə milyardlar xərcləyir. Bu baxımdan cənab Hikmət Hacıyevin təklifi olduqca mühümdür: anti-Azərbaycan, ermənipərəst siyasətçilər ciddi şəkildə araşdırılmalıdır. Misal üçün, amerikalı konqresmenlərdən Adam Şiff xüsusən təftiş edilməlidir. Görünür, erməni lobbisi çirkli pullarla konqresmenləri ələ ala biliblər. Ən qəribəsi isə odur ki, bütün bu addımlar son nəticədə sülhyaratma prosesinə ciddi əngəl yarada bilər. Bəs Azərbaycan bununla bağlı beynəlxalq miqyasda hansı addımlar ata bilər? Bu yöndə bir komissiya, qurum yaratmaq və qlobal araşdırmalara başlamaq mümkündürmü?

Oxu.az - Tələbəsi ilə eşq yaşadığı deyilən Elman Nəsirov məhkəmədə uduzur?  – Vəkildən şok AÇIQLAMA

Elman Nəsirov 

Deputat Elman Nəsirov “Yeni Müsavat”a qeyd etdi ki, ABŞ-da təkcə seçki sistemi köhnəlməyib, lobbiçilik institutunda da korrupsiyanın leqallaşdırılması baş verib: “Sadəcə, ona hüquqi don geyindirilib. Amerikada 200-ə yaxın ermənipərəst konqresmen və senator var, Adam Şiff, Menendes kimilər başda olmaqla. Bu adamlar ermənilərin maraqlarına xidmət edirlər. Və heç bir qeyri-adi səbəb, yaxud mexanizm yoxdur. Necə deyərlər, burada "əl əli yuyar, əl də üzü" misalı işləkdir. Yəni pul alırlar, iş görürlər, başqa heç nə yoxdur. Bunun üçün Azərbaycan Diplomatiya Akademiyasının rektoru Hafiz Paşayevin “Bir səfirin manifesti” kitabını oxumaq kifayətdir. Orada aydın şəkildə göstərilir ki, senator və ya konqresmen olmaq üçün nə tələb edilir. Yəni iki şey lazımdır - seçici səsi və maliyyə. Ermənilər də həm seçici səsi təmin edirlər, həm də pul xərcləyirlər".

E.Nəsirov hesab edir ki, nəticədə Birləşmiş Ştatların xarici siyasətinə kölgə salınır: “ABŞ-ın Cənubi Qafqazla bağlı maraqları var. O baxımdan həmin ermənipərəst siyasətçilərin əməlləri Amerika mediasında da ifşa olur. Biz nə edə bilərik, biz də bir təhqiqat apara, jurnalist araşdırması ortaya qoya bilərik. Məsələn, Adam Şiff deyir ki, saçımı erməni bərbər düzəldir, yağı, qəndi erməni satıcıdan alıram. Yəni məsələyə bu dərəcədə bəsit yanaşır, etnik aspektdən baxır. Əgər senat seçilmək üçün ermənidən pul alırsansa, deməli, bunun adı rüşvətdir. O baxımdan "Bir səfirin manifesti" ilə tanışlıq bu məsələdə nələrin baş verdiyini bilmək üçün yetərlidir".

Hüquqşünas Qulamhüseyn Əlibəylinin fikrincə, ermənipərəst siyasətçilər xarici ölkələrin vətəndaşları olduğuna görə hüquqi cəhətdən problemli məsələdir: “Çünki başqa dövlətin siyasi xadimini təhlil etmiş oluruq. Amma ictimai cəhətdən mübarizə komissiyası yaratmaq olar. Misal üçün, korrupsiyaya qarşı beynəlxalq mübarizə şəbəkəsi ilə əməkdaşlıq edə bilərik. Ona görə də hüquqi yox, ictimai cəhətdən komissiya yaradılmasına zərurət var. Bununla düşmənin zəif cəhətlərini öyrənmiş oluruq”.

Yazarlar Elbəyi Həsənli

Elbəyi Həsənli

İsveçrədə yaşayan jurnalist Elbəyi Həsənlinin sözlərinə görə, ümumiyyətlə, Amerikanın konqresmenləri də, senatorları da açıq şəkildə müxtəlif iş adamlarından pul alırlar və bunun müqabilində onların maraqlarının müdafiəçisinə - lobbi xidmətçisinə çevrilirlər: “Bu məsələnin mahiyyətini başa düşmək üçün mərhum Heydər Əliyevin bir açıqlamasına diqqət etməkdə fayda var. 4 oktyabr 1998-ci ildə ”The New York Times" qəzetinin müxbiri Cefri Qoldberqin Amerikada səfərdə olan Azərbaycan Prezidentinə belə bir sual verir: “Amerikada korrupsiyanın hansı növünü görürsünüz?” Heydər Əliyev bu suala tarixi bir cavab verib: “Konqresmenlərdən soruşuram ki, Ermənistanla niyə belə yaxın münasibətləriniz var və onlar deyirlər ki, erməni diasporu bizə çoxlu pul verir. İndi bu, korrupsiyadır, ya yox?” “The New York Post” qəzetində yuxarıda adını çəkdiyimiz məqalədə də söhbət məhz bu kimi məsələlərdən gedir. Bəllidir ki, Menendesin erməni xanımı Nadine Arslanian ictimaiyyətə bir müddət özünü biznes-ledi kimi təqdim edib. Ancaq bu məqalədən aydın olur ki, Nadine Arslanianın maliyyə durumunda müəyyən problemlər var: “Qızıl külçələrin satışı 2020-ci ildə Menendeslə evlənməmişdən əvvəl maliyyə cəhətdən çətinlik çəkən, hətta evinin girov qoyulması ilə üzləşdiyi bildirilən Arslanian üçün əlamətdar maliyyə dönüşü oldu. Ancaq bu cütlük münasibətlərinin başlanğıcından bir neçə ay sonra Federal Təhqiqat Bürosunun istintaq araşdırmalarının mərkəzində yer aldı”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR