İnsanlara hürriyət, millətlərə istiqlal!

Hikmət Hacıyev əcnəbi diplomatlarla görüşdü - FOTOLAR

447 26.07.2023 19:51 Son xəbər A A

Ermənistan tibbi təxliyələr və tədarükün mümkün olduğu Laçın yolu məsələsi üzrə siyasi manipulyasiya və spekulyasiya ilə məşğuldur.

Musavat.com xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Aİ ölkələrinin, həmçinin Türkiyə, ABŞ və İsveçrə səfirlərinin iştirakı ilə keçirilən görüşdən sonrakı Tvitter paylaşımında bildirib.

Hikmət Hacıyev qeyd edib ki, Brüssel görüşündə Ağdam-Xankəndi yolunun daha çox çatdırmalar üçün istifadə edilməsi ilə bağlı razılıq əldə edilib. Prezidentin köməkçisi əlavə edib ki, bu məsələ həmçinin Beynəlxalq Qırmızı Xaç Komitəsinin bəyanatında da vurğulanıb.

Hikmət Hacıyev qeyd edib ki, Ermənistanın Ağdam yolundan imtina edərək yalnız Laçın yolundan istifadədə israr etməsi və məsələni siyasiləşdirməsi qəbuledilməzdir.

Musavat.com

​​​​​​​Prezidentin köməkçisi əcnəbi diplomatlarla görüşüb, Ermənistanın Laçın yolu məsələsini siyasiləşdirməsini qəbuledilməz adlandırıb

​​​​​​​Prezidentin köməkçisi əcnəbi diplomatlarla görüşüb, Ermənistanın Laçın yolu məsələsini siyasiləşdirməsini qəbuledilməz adlandırıb

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR