İnsanlara hürriyət, millətlərə istiqlal!

Hicab uğrunda mübarizə ALOVLANIR

810 17.04.2023 18:53 Region A A

"15 apreldən etibarən İranda texniki vasitələr - vebkameralar vasitəsilə qadınlara hicab geyindirmək uğrunda ciddi tədbirlərin görülməsinə başlanıb".

Bu barədə Musavat.com-a iranşünas Vidadi Mustafayev bildirib.

1-53-750x430.jpg (52 KB)

O qeyd edib ki, hicablaşdırmaq məsələsində cərimə və cəzalar əsas vasitə olaraq qalır: "Belə ki, hicabsız qadınlara qarşı bəzi sosial xidmətlərdən məhrumetmə, sürücülük vəsiqəsinin ləğvi, internetdən istifadəyə qadağa qoyulması, pasportun ləğvi, avtomobilin cərimə meydançasına aparılması, ictimai iaşə və mağazaların plomblanması, 500-300 000 tümən cərimə, işlərin məhkəməyə göndərilməsi və s. kimi cəza tədbirləri nəzərdə tutulub. Mübarizənin birinci gününün yekunu haqqında hesabatda deyilir ki, artıq qanunu pozanlara 3500 SMS göndərilib, 155 mağaza, restoran, bağ zalı (salonu) plomblanıb, bir neçə iş isə məhkəməyə göndərilib".

Afaq,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR