İnsanlara hürriyət, millətlərə istiqlal!

Həyat yoldaşının böyük biznesi ortaya çıxdı - FOTO

1221 18.07.2024 18:51 Region A A

Paşinyanın partiyasının deputatı Sergey Baqratyan parlament tribunasından dürüstlük və qanunçuluq dərsləri verərkən ölkənin hüquq-mühafizə orqanları onun elmlər doktoru olan həyat yoldaşının biznesinin hardan başlayıb-bitdiyini öyrənməyə çalışır.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə yerli “Joxovurd” qəzeti yazıb.

Qəzetin yazdığına görə, erməni deputatın həyat yoldaşının peşə fəaliyyətinin qrafiki olduqa ibrətamizdir: Naira Rafiqovna Akopyan 2023-cü ildə Xaçatur Abovyan adına Pedaqoji Universitetin, Avetik Mkrtçyan adına İqtisadiyyat və Hüquq Universitetinin, İrəvan Dövlət Universitetinin, Slavyan Universitetinin, Beynəlxalq Elm və Təhsil Mərkəzinin, İqtisadiyyat İnstitutunun əməkdaşı olub.

Akopyanın daha iki yerdən gəliri var. Onun mədən sənayesində geniş biznes əlaqələrinə malik olduğu ortaya çıxıb. İndi hansı sahə daha çox əziyyət çəkir - elm yoxsa mədən sənayesi, yəqin ki, Korrupsiyaya Qarşı Mübarizə Komissiyası tərəfindən qiymətləndiriləcək” - deyə, yazıda qeyd olunub.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR