İnsanlara hürriyət, millətlərə istiqlal!

Hərbi ekspertdən XƏBƏRDARLIQ: Bu məsələni belə qoymayacağıq… – VİDEO

888 28.02.2024 13:11 Gündəm A A

“Azərbaycan Silahlı Qüvvələrinin gənc əsgəri Ruslan Eldəniz oğlu Pənahov fevralın 28-də səhər saat 05:15 radələrində yolu azaraq səhvən qarşı tərəfə keçib. Son məlumata görə, Sünik rayonunun Tex icmasının sərhəd hissəsində saxlanılan əsgərimiz Gorus istiqamətinə aparılıb. Ötən 7 saat ərzində Ermənistan təhlükəsizlik xidməti bu hadisə ilə bağlı özünəməxsus “versiya” düz-qoş edib, Azərbaycan hərbi qulluqçusuna qarşı cinayət işi açıb. Yəqin ki, Rusiyanın xoşuna gəlmək üçün müxalifətçi Aleksey Navalnını da bizim əsgərimizin öldürdüyünü “sübut edəcək”, bu barədə məlumat yayacaqlar. Onlardan nə desən gözləmək olar”.

Bu barədə “TV Musavat”ın efirində jurnalist Sevinc Telmanqızının qonağı olan hərbi ekspert Üzeyir Cəfərov bildirib.

O qeyd edib ki, hərbi komandanlıq bu məsələni belə qoymayacaq: “Yaxın vaxtlarda bir şad xəbər eşidəcəyik ki, Ermənistanın 1-2 əsgəri Azərbaycan tərəfinə keçib və onlar saxlanılıblar. Bu barədə məlumat yayılan kimi ermənilər qaça-qaça, dillərini yarım metr uzadaraq Azərbaycan tərəfinə yalvaracaqlar ki, gəlin o əsgərləri sizin hərbi qulluqçu ilə dəyişək. Ona görə də narahatlığa əsas yoxdur. Mən bilirəm ki, bizim komandanlıq bu məsələni belə qoymayacaq”.

Daha ətraflı videomüsahibədə:



Mətn Medianews.az-a məxsusdur

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR