İnsanlara hürriyət, millətlərə istiqlal!

“Hər iki əsgərimiz tez bir zamanda geri qaytarılacaq” - polkovnik

1040 17.04.2023 18:10 Gündəm A A

“Ermənistan nə deyir desin, nə uydurur uydursun, bizim hər iki əsgərimiz - Hüseyn Axundov və Aqşin Bəbirov öz doğma vətənlərinə qayıdacaq”.

Musavat.com xəbər verir ki, bunu hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov bildirib.

Hərbi ekspert qeyd edib ki, əsgərlərimizin hər hansı bir başqa dövlətə getmək fikri olmayıb və yoxdur: “Hərçənd ki, Ermənistanın baş naziri Nikol Paşinyan guya əsgərlərdən birinin Azərbaycana qayıtmaq istəməməsi ilə bağlı əvvəl fikir səsləndirsə də, sonradan bu mövzuya toxunmur. Həm də dövriyyəyə çox ucuz və cılız bir versiya buraxıblar ki, əlində silahı olmayan əsgər guya hansısa ermənini qətlə yetirib. Aydın məsələdir ki, onların məqsədi əsgərlərimizi şərləyib öz insanlıqdan kənar vəhşiliklərinə haqq qazandırmaqdır, dünyada düşdükləri rəzil duruma bir qədər bəraət almaqdır. Əsgərlərimiz tezliklə geri qaytarılacaq. Sadəcə, azca səbr etməyimiz lazımdır”.

Üzeyir Cəfərov hesab edir ki, böyük ehtimalla əsgərlərimiz terror əməli törətdiklərinə görə Bakıda cəza çəkən bir neçə erməni hərbçi ilə dəyişdiriləcək: “Dünən Ermənistanın ombudsmanının da əsgərlərimizə baş çəkməsi və verdiyi açıqlama bir daha bu məxluqların necə riyakar və saxtakar olduqlarını təsdiq edir. Bütün dünya o işgəncə faktlarını gördü, bunların adı guya insan haqlarının müdafiəçisi olan şəxsi isə deyir azərbaycanlı əsirlər çox razıdırlar və onlara ən yüksək diqqət, qayğı göstərilir. Bu cür saxtakarlığa nə demək olar?! Biz öz tərəfimizdən beynəlxalq qurumlarla sıx çalışmalıyıq və tezliklə əsir olan əsgərlərimizi geri qaytarmalıyıq”.

Azərbaycanın “B” variantı ilə bağlı hansısa planlarının olduğunu istisna etməyən polkovnik qeyd edib ki, biz tərəfdə saxlanılan ermənilərin sayı kifayət qədərdir: “Bu mənada şübhə etmirəm ki, hər iki əsgərimiz tez bir zamanda geri qaytarılacaq”.

Elşad,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR