İnsanlara hürriyət, millətlərə istiqlal!

Hər evdə olan risk: Qətiyyən etməyin– XƏBƏRDARLIQ

1345 11.07.2024 12:35 Ölkə A A

Bu yaxınlarda Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsində, ağcaqanad dərmanının yanğına səbəb olması sözügedən vasitələrin təhlükəsizliyi məsələsini gündəmə gətirib.

Bu cür vasitələrin həm təhlükəsizlik, həm də sağlamlıq baxımından riskləri var.

Mövzu ilə bağlı Ölkə.Az-a danışan həkim-toksikoloq İnci Bağırova deyib ki, ağcaqanad dərmanları tənəffüs yolları xəstəlikləri olan adamlara zərərli ola bilər:

“Belə dərmanlar ancaq allergik reaksiya verə bilər, bundan artıq zəhərlənmə verməyəcək. Yəni astma, bronxit xəstələrindən söhbət gedir.
35 ildir toksikologiyada işləmişəm, amma hələ ağcaqanad dərmanından zəhərlənənlərin müraciət etdiyini görməmişəm. Bu vasitələr nadir hallarda zəhərlənmə verə bilər”.

Pediatr Aytən İsmayılzadə isə bildirib ki, ağcaqanad dərmanları birdən-birə zəhərlənmə verməsə də, toksik yüklənmə yaradır və fəsadları sonradan üzə çıxır:
“Ağcaqanada qarşı bu tip vasitələrdən istifadə etməyin. Təsəvvür edin ki, uşağınız daim siqaret tüstüsü ilə nəfəs alır. Ya da hər gün evinizə şin, rezin, təkər tüstüsü dolur. Əlbəttə, sizi sadəcə pis qoxu deyil, uşağın sağlamlığına dəyə biləcək zərər də narahat edər. Yəni bunların qoxusu olmasa da, bilirsiniz ki, tüstüsü orqanizmə ziyandır. 

Əslində, heç bilmirik ki, ağcaqanada qarşı vasitələrin tərkibində nə var. Çoxunun üzərində qeyd edilmir. Amma bilirik ki, həşərata qarşı kimyəvi maddədir, ağcaqanadı iflic edir. Həşərata saniyələr içində təsir edən maddə olan yerdə saatlarla nəfəs almaq insana mənfi təsir etməyə bilməz. Bu məhsullarla bağlı tövsiyə olunur ki, pəncərəni açıq qoyun və aparatı taxın. Əslində, pəncərə açıq qalsa da, biz yenə onu uduruq. Unutmayın ki, bu kimi uçucu maddələr nəfəs yollarından daha yaxşı qana sorulur, xroniki zəhərlənməyə səbəb olur”.

Pediatr əlavə edib ki, ağcaqanad dərmanlarından hamilələrin və uşaqların otağında istifadəsinə qətiyyən yol vermək olmaz:

“Bətn daxilində böyüyən uşaq doğulduqdan sonra da inkişafa davam edir. İnkişaf edən yəni bölünüb çoxalan hüceyrələr üçün hər cür toksiki maddə təhlükəlidir.
Böyüklərə də olmaz, amma özünüz bilərsiniz. Əsas uşaq və hamilələr uzaq olsun.
Nəzərə alsaq ki, bu maddələr ağcaqanadın sinirlərini zədələyir, deməli, onun sinir hüceyrə tropluğu var. İnsan sinir hüceyrələrində də toplanıb zədələyə bilər. İllər sonra yaranan xəstəliklərin öncəki toksiki yüklənmə ilə əlaqəsini təəssüf ki, unuduruq. “Uşağı ağcaqanad pis günə qoyur " deyirsinizsə, o zaman onun yatağına tənzifdən miçətkən düzəldin.
Ağcaqanadın səbəb olduğu pis yerli reaksiya zamanı isə fenistil gel, hidrokortizon məlhəm istifadə edə bilərsiniz”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR