İnsanlara hürriyət, millətlərə istiqlal!

"Həmin gün..." - Ermənistan DİN-dən Kamil Zeynallının onlara verilməməsi ilə bağlı açıqlama

1684 26.02.2024 14:14 Gündəm A A

Ermənistan Azərbaycan vətəndaşı Kamil Zeynallı ilə bağlı Rusiya tərəfinin sorğusuna dərhal cavab verib.

Bu barədə Ermənistanın Daxili İşlər naziri Vahe Kazaryan məlumat verib.

“Biz öz funksiyalarımızı tam şəkildə yerinə yetirmişik. Müraciət daxil olan kimi, həmin gün cavab vermişik”, – Kazaryan qeyd edib.

Onun sözlərinə görə, Rusiya saxlanılan şəxsin axtarışda olub-olmadığını soruşub, Ermənistan isə buna müsbət cavab verib.

O, Zeynallının Azərbaycana göndərilməsi məsələsinə münasibət bildirməyib: “Bu, siyasi qərardır, ya yox, bunu deyə bilmərəm”.

Qeyd edək ki, Kamil Zeynallı fevralın 21-də səhər saatlarında Domodedovo hava limanında saxlanılaraq polis bölməsinə aparılıb.

Daha sonra onun azadlığa buraxılaraq Bakıya qayıtdığı açıqlanıb.//KONKRET.az 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR