İnsanlara hürriyət, millətlərə istiqlal!

HƏMAS təslim olmalı və bütün girovları azad etməlidir - Corc Dik

541 28.10.2023 11:15 Siyasət A A

Müharibənin dayanması üçün HƏMAS təslim olmalı və bütün girovları azad etməlidir.

Musavat.com xəbər verir ki, bunu İsrailin Azərbaycandakı səfiri Corc Dik "X" hesabında yazıb.

O qeyd edib ki, HƏMAS bunu etməsə, İsrail tam qələbə qazanana kimi geri çəkilməyəcək.

Səfir hazırda HƏMAS-ın iki məqsədi olduğunu vurğulayıb: "Birinci məqsəd bütün yəhudiləri və israilliləri öldürmək, ikinci məqsəd isə nəyin bahasına olursa-olsun, sağ qalmaqdan ibarətdir".

Corc Dik İsrailin də məqsədindən söz açıb: "İsrailin məqsədi heç bir israilli uşağın terrorçunun onu öldürməsindən narahat olmayacağına əmin olmaqdır".

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR