İnsanlara hürriyət, millətlərə istiqlal!

HƏMAS-dan İsraillə bağlı VACİB AÇIQLAMA - "Hazırıq..."

740 26.01.2024 14:51 Dünya A A

HƏMAS İsrailin fələstinliləri azad etməsi müqabilində israilli məhbusları azad etməyə hazırdır.

Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, bunu HƏMAS-ın lideri Üsamə Həmdan deyib.

Onun sözlərinə görə, hərəkat Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən verilən istənilən atəşkəs qərarına hörmətlə yanaşacaq.

"İsrail əsirlərimizi azad etsə, HƏMAS məhbuslarını azad edəcək. Biz vasitəçilərin münaqişənin dayandırılması və əsirlərin dəyişdirilməsi ilə bağlı təkliflərinə çox ciddi yanaşırıq", - deyə o bildirib.

“The Wall Street Journal” yazır ki, HƏMAS döyüşlərdə “əhəmiyyətli fasilə” əldə etmək istəyir. “Axios” portalı isə İsrailin HƏMAS-a hərbi əməliyyatları iki aylıq dayandırmağı təklif etdiyini yazıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR