İnsanlara hürriyət, millətlərə istiqlal!

"Həm "Qarabağ"ın, həm də millinin ona ehtiyacı var" -Millinin məşqçisi

709 19.01.2023 16:41 İdman A A

Klublarımızın Antalyadakı hazırlıqlarını Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi və köməkçiləri də izləyir. 

Yığmanın məşqçisi Arif Əsədovdan milli üzvlərinin durumunu, De Byazinin yeni namizəd üzə çıxarıb-çıxarmadığını öyrəndik. O, Fanat.Az-a açıqlamasında belə dedi: 

"Demək olar ki, bütün sınaq matçlarını izləmişik. Komandalarımızın hamısının bir və ya iki oyununda olmuşuq. Görünən mənzərə odur ki, təmsilçilərimiz daha çox ümumi yorğunluq fonunda oyunlara üstünlük verirlər. Hər biri optimal formaya 70-80 faiz hazırdırlar. Yəni heç biri ideal durumda deyil. Bu baxımdan, milli üzvlərinin də formada olmaması başadüşüləndir. Fiziki baxımdan çatışmazlıqlar var, 90 dəqiqə yüksək tempdə oynamağa hazır deyillər. Əslində, təcrübəli oyunçuların bacarığına bələdik. Təkcə onlara deyil, bütün yerli futbolçulara diqqət yetiririk.

Yeni namizədlər varmı? Baş məşqçi izləyir, qeydlərini aparır. Elə də çox seçim yoxdur. Amma təlim-məşq toplanışının yaxşı tərəfi odur ki, yoxlama görüşlərində gənclər də iştirak edir, çıxdıqları oyunlarda özlərini göstərməyə çalışırlar. Belədə onlardan kimsə diqqəti cəlb edə bilər. Qarşıda hələ vaxt var və yeni namizədləri çempionatda da izləyəcəyik".

53 yaşlı məşqçi "Qarabağ"ın və millinin əsas qapıçısı Şahruddin Məhəmmədəliyevin zədələnməsini ağır itki sayır: "Təbii ki, onun qolunun sınması həm bizim, həm də klub məşqçilərinin planlarına təsir edir. Çox üzüldük. Həkimlərin dediyi kimi, onun sıraya dönməsi hardasa, 3 ay çəkəcək. Futbol acımasızdır, belə zədələrdən qaçmaq olmur. İnanıram ki, Şahruddin xarakteri hesabına sağalma və əməliyyatdan sonrakı bərpa dövrünü qısaldacaq. O, əvvəl də ağır zədə alıb, ancaq özündə güc taparaq sıraya tez qayıdıb. Psixoloji cəhətdən güclü, motivasiyalı futbolçudur, çox istəyir ki, tez bir zamanda sağalsın. Yaxın günlərdə Almaniyaya əməliyyata yollanacaq. İnşallah, əməliyyatı uğurlu alınar. Həm "Qarabağ"ın, həm də millinin ona ehtiyacı var".   

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR