İnsanlara hürriyət, millətlərə istiqlal!

Həm kişi, həm də qadınlar üçün ən FAYDALI İÇKİ

1081 10.07.2022 20:06 Səhiyyə A A

Saf qazsız su həm kişilər, həm də qadınlar üçün ən ideal içki sayılır.

Publika.az xəbər verir ki, bu barədə Seçenov Universitetinin Kliniki Tibb İnstitutunun daxili, peşə xəstəlikləri və revmatologiya kafedrasının dosenti, kardioloq Vladimir Beketov “Kp.ru”ya müsahibəsində danışıb.

“Qədim dövrlərdən bəri bütün həkimlərin nöqteyi-nəzərində ideal bir içki var - bu, otaq temperaturunda olan təmiz və qazsız sudur. Bu su həddindən artıq yağlı qidaların və həddindən artıq güclü içkilərin bütün mənfi və zəhərli təsirlərini yumşaldır. Xüsusilə su kofein turşularının yan təsirini neytrallaşdırmağa kömək edir. Buna görə də bir stəkan təmiz su həmişə bir fincan espresso ilə bir yerdə verilir”, - həkim qeyd edib.

Beketov qəhvə içənlərə xəbərdarlıq edib ki, miqdarı aşmaq zərərlidir. Mütəxəssis gündə beş və ya altı fincan qəhvə içənlərə onları müxtəlif çaylarla əvəz etməyə çalışmağı tövsiyə edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR