İnsanlara hürriyət, millətlərə istiqlal!

Həftəsonu vətəndaşlardan 26 silah, 1 qumbara götürülüb

409 22.01.2024 11:08 Kriminal A A

Polis əməkdaşları həftəsonu vətəndaşlardan 26 silah, 1 qumbara götürüb.

Bu barədə Musavat.com-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, 20-21 yanvar tarixlərində polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 5 ədəd avtomat silahı, 1 ədəd qumbara, 21 ədəd müxtəlif markalı tüfəng, 13 ədəd patron darağı və 540 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.

Həmçinin, qeyd olunan tarixlərdə polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 2 ədəd avtomat silahı, 3 tapança, 3 ədəd müxtəlif markalı tüfəng, 5 ədəd patron darağı və 66 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR