İnsanlara hürriyət, millətlərə istiqlal!

“Hədiyyələri atan kişilərdir” - Pərvinlə Elcanın “TikTok”da pul DAVASI

1693 29.04.2022 15:58 Şou-biznes A A

“Otduşi” ley-pey, bomba kayfda”, “Kazbekə şey basım, zırlanım” musiqisinə çəkilmiş videolarla cəmiyyətdə daha çox məşhur olan “TikTok”da indi də məşhurlar arasında dava düşüb. Dava da əslində pul davasıdır. Əvvəllər insanlar sosial şəbəkədə daha çox məşhur olmaq arxasınca qaçırdılarsa indi qovaladıqları puldur.

Pul olan yerdə çox vaxt dava düşür. İndi də sözü gedən sosial şəbəkədə bunun başlanğıcı qoyulur.

Azərbaycanda “TikTok”da ən çox pul qazananlardan biri də aktrisa Pərvin Abıyevadır. Özü demişdi ki, oradan ayda 35 min dollar qazanır. Nədənsə buna şübhə ilə yanaşanlar da oldu. Məsələn, aktyor Elcan Rəsulov Pərvinin real şəkildə o məbləği görmədiyini söyləyir.

Lent.az-ın məlumatına görə, Pərvin də bunun qarşısında sakit dayanmır. Elcana elə cavab verir ki...

Deyir ki, bir tərəfə baxanda Elcan haqlıdır: “Orada bir qayda var ki, hər gün 1000 dollardan artıq pul çıxara bilmirsən. Elcanın qazanmamağı normaldır. Yeni sima, qadın, kişilərin sevimlisisənsə, orada da hədiyyələri atan kişilərdir. Fanatlar var, canlı yayımda adının çəkilməsini istəyənlər var. “Hədiyyə atım, adımı çəksin” deyirlər. Bütöv şəkildə o pulu götürə bilmirsən, ancaq günə 1000 dollar çıxarmaq mümkündür. Orada sənə hədiyyə göndərən dost-tanışın da var, məcbursan ki, sən də onlara qarşılıq verəsən”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR