İnsanlara hürriyət, millətlərə istiqlal!

Həbsxanaya idman şalvarına hopdurulan narkotik keçirmək istədilər

532 15.08.2023 20:04 Kriminal A A

Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasına narkotik maddə keçirilməsinin qarşısı alınıb.

Penitensiar xidmətdən Musavat.com-a verilən məlumata görə, Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə həbs edilmiş Vüqar Ələmdər oğlu Xəlilova dayısı oğlu Fəxrəddin Ələddin oğlu Süleymanovun gətirdiyi sovqatda olan idman şalvarının bel ipinə hopdurularaq gizlədilmiş 0,126 qram heroin aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR