İnsanlara hürriyət, millətlərə istiqlal!

Həbsdə olan Tonoyan SENSASİON açıqlamalar verə bilər

776 26.07.2023 20:19 Son xəbər A A

Ermənistanın həbsdə olan keçmiş müdafiə naziri David Tonoyan 2020-ci il müharibəsinin nəticələrini araşdırmaq üçün qurulan parlamentin istintaq komissiyasının iclasında iştirak edəcək.

Musavat.com erməni mediasına istinadən bildirir ki, bu barədə Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi qərar verib.

Tonoyanın avqustun 1 və 2-də parlamentdə ifadə verəcəyi gözlənilir.

Qeyd edək ki, hələ bu ilin aprelində komissiyanın rəhbəri Andranik Köçəryan Tonoyanın parlamentə dəvət olunduğunu, lakin sonuncunun komissiya ilə əməkdaşlıq etmək istəmədiyini söyləmişdi. Lakin 3 ay sonra Tonoyan fikrini dəyişib: o, iyulun 5-də Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsinin hakimi Vahe Dolmazyana parlamentə gəlməsi üçün vəsatət verib.

Yeri gəlmişkən, Ermənistan parlamenti iyulun 16-da məzuniyyətə çıxıb. Lakin komissiyanın rəhbəri Andranik Köçəryan daha əvvəl məhkəmə Tonoyanın vəsatətinə müsbət cavab verərsə, avqustun 1-də iclas keçirəcəyini vəd etmişdi. Köçəryanın özü də məhkəmədən Tonoyanın dinləmə üçün azadlığa buraxılması barədə vəsatət qaldırıb.

Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan artıq iki dəfə komissiyanın iclasında iştirak edib. Bundan əvvəl komissiyaya keçmiş xarici işlər naziri Zöhrab Mnatsakanyan, Silahlı Qüvvələrin Baş Qərargahının keçmiş və indiki rəisləri - Onik Qasparyan və Edvard Asryan, digər yüksək rütbəli şəxslər dəvət olunub.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR