İnsanlara hürriyət, millətlərə istiqlal!

Hazırda İrəvanın mərkəzində ABSURD TƏLƏBLƏ MİTİNQ KEÇİRİLİR - VİDEO VİDEO

3046 17.04.2022 21:54 Region A A

 

Bu gün İrəvanın mərkəzində etiraz aksiyası keçirilir.

KONKRET.az erməni mediasına istinadla xəbər verir ki, mitinqin təşkilatçı Ermənistan müxalifətinin “Şərəfim var” parlament fraksiyasının rəhbəri Artur Vanetsyandır. O, İrəvanın Azadlıq meydanında qondarma qrupa dəstək üçün müddətsiz aksiyaya başladıqlarını bəyan edib. Etirazçılar Ermənistanın baş naziri Nikol Paşinyanın ünvanına təhqirlər səsləndirirlər.

İrəvanda keçirilən mitinqdə ermənilər “Miatsum” (Birlik) şüarları səsləndirirlər. Onlar Ermənistanla Azərbaycanın Qarabağ bölgəsinin birləşdirilməsini tələb edirlər.

Bu şüar 80-ci illərin sonu – 90-cı illərin əvvəllərində “Qarabağ hərəkatı” adlanan hərəkatın əsas şüarı idi.

İrəvanda Azadlıq meydanında polis müxalifət tərəfdarlarını saxlamağa başlayıb.

Etirazçılar çadırlar qurmağa çalışsalar da, təhlükəsizlik qüvvələri buna imkan verməyib.

Daha sonra nümayişçilər nəqliyyatın hərəkətinə mane olmaq istəsələr də, onların qarşısı yenə alınıb. Dava düşüb, polis adamları sürüməyə başlayıblar. Polis Vanetsyanın özünü saxlamağa çalışıb.

Müxalifətçi bildirib ki, hüquq-mühafizə orqanları əməkdaşlarının hərəkətləri anlaşılmazdır, onlar aksiya iştirakçılarına hücum edib, onların çadırlarını oğurlayıblar.

 
 
 
 
 
 
 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR