İnsanlara hürriyət, millətlərə istiqlal!

“Haylar yenidən xarici ölkələrdə terrora başlasa...” - Deputatdan AÇIQLAMA

448 02.10.2023 16:03 Siyasət A A

“Erməni təhlükəsi yalnız işğal faktoru ilə bitmir. Bu təhlükə türk dünyasına qarşı bütün sahələrdə aqressiv hücumla müşayiət olunur”.

Bu fikirləri millət vəkili Aydın Mirzəzadə Musavat.com-a PKK və ASALA terrorçularının da yer aldığı VOMA terror təşkilatının “Azərbaycanla döyüşə hazırlaşırıq” açıqlamasını şərh edərkən bildirib.

Millət vəkili xatırladıb ki, Azərbaycan və Türkiyənin xarici ölkələrdəki səfirliklərinə dəfələrlə hücum olunub:

“Bu hücumları törədən şəxslər xüsusi hazırlanıb. Məqsəd dövlət mənafeyini müdafiə edən, həqiqətləri dünya ictimaiyyətinə çatdıran Azərbaycan və Türkiyə diplomatlarının fəaliyyətinə maneə yaratmaq, qorxu hissi aşılamaq, diplomatları aktiv fəaliyyətdən çəkindirməkdir. Erməni millətçiləri ən çox həqiqətdən, yalanlarının ifşa olunacağından qorxurlar. Onlar anlayırlar ki, beynəlxalq ictimaiyyət erməni yalanları ilə Türkiyə-Azərbaycan həqiqətlərini yanaşı qoyduqda hər şey aşkara çıxacaq. Hesab edirəm ki, diplomatlarımız bir tərəfdən dünya ictimaiyyətinə həqiqətlərin çatdırılması, digər tərəfdən xarici ölkə hakimiyyət orqanlarının erməni vəhşiliyi ilə mübarizəsində onların qarşısında ciddi tələblərin qoyulması üçün təzyiqlərə qarşı ciddi mübarizə apara biləcəklər. Bütün bunlar istər-istəməz erməni təcavüzünün qarşısını almağa imkan verəcək. Həqiqətin qarşısında heç nə dayana bilməz”.

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR