İnsanlara hürriyət, millətlərə istiqlal!

Hava limanına enən təyyarə yük maşını ilə toqquşdu: 2 nəfər öldü - ANBAAN VİDEO

1419 19.11.2022 14:58 Hadisə A A

Peruda hava limanına enən sərnişin təyyarəsinin eniş zolağının kənarında dayanan yük maşını ilə toqquşması nəticəsində iki nəfər həlak olub.

Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Hindistanın Latam Hava Yollarına məxsus sərnişin təyyarəsi paytaxt Limadakı Xorxe Çaves Beynəlxalq Hava Limanına endikdən sonra yol kənarındakı yük maşınına çırpılıb.

İlkin məlumata görə, qəza nəticəsində iki nəfər ölüb. Əraziyə çoxlu sayda yanğınsöndürən və xilasetmə qrupları göndərilib. Sosial mediada əks olunan görüntülərdə qəzadan sonra təyyarənin mühərrikindən tüstü qalxdığı görülüb.

Hava limanı şirkətindən verilən açıqlamada, təyyarənin sağ qanadının yük maşınına dəydiyi və qəzanın səbəblərinin araşdırıldığı bildirilib. Peru Yanğınsöndürmə Xidmətinin rəisi Luis Ponce La Jara toqquşma nəticəsində iki yanğınsöndürənin həlak olduğunu açıqlayıb.

Səlahiyyətlilər təyyarədə neçə sərnişinin olduğu və qəza nəticəsində neçə nəfərin xəsarət aldığı barədə məlumat verməyib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR