İnsanlara hürriyət, millətlərə istiqlal!

Hansı qurumun “Azəriqaz”a 14 milyon manat BORCU VAR? - AÇIQLAMA

634 15.04.2022 16:00 Gündəm A A

“Bugünkü istilik təchizatına görə olan tariflər aşağı olduğundan bizim “Azəriqaz” İstehsalat Birliyinə borcumuz yaranır”.

Musavat.com "oxu.az"-a istinadən xəbər verir ki, bunu “Azəristiliktəchizat” ASC sədrinin vəzifələrini müvəqqəti icra edən İlham Mirzəliyev keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bugünkü tariflər maya dəyərindən ən azı 8-10 dəfə aşağıdır:

“Qazın, suyun tarifləri kifayət qədər dəyişdirilsə də, istilik təchizatının tarifləri dəyişdirilməyib. İstiliklə bağlı tariflərə baxılması hazırda gündəmdə deyil”.

O qeyd edib ki, hazırda qurumun “Azəriqaz”a 14 milyon borcu var:

“Həmin borcun 6 milyon 384 minini vətəndaşlar bizə borcludurlar”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR