İnsanlara hürriyət, millətlərə istiqlal!

Hakan Fidandan ŞOK HƏMLƏ - Türkiyə BU TARİXDƏ hərəkətə keçir

2115 20.02.2024 17:33 Dünya A A

Türkiyənin xarici işlər naziri Hakan Fidan fevralın 21-22-də Braziliyada keçiriləcək G20 Xarici İşlər Nazirləri Toplantısında Qəzzada baş verən faciəyə diqqət çəkəcək və bir daha beynəlxalq ictimaiyyəti təcili atəşkəs və humanitar yardıma çağıracaq.

Musavat.com xəbər verir ki, sammit iki əsas gündəmdən ibarət olacaq: “G20”nin davam edən beynəlxalq gərginliklə mübarizədə rolu və "Qlobal idarəetmə islahatları".

H. Fidan görüşlərdə Türkiyə üçün qlobal idarəçilik islahatlarının əhəmiyyətinə toxunacaq və çoxtərəfliliyin güclənməsinə işarə edəcək. Nazir İsrailin Qəzzaya hücumlarında BMT Təhlükəsizlik Şurasının qeyri-kafiliyinə də diqqət çəkəcək.

Rusiya, Çin, Latın Amerikası və Afrika ölkələri, Avropa Birliyi və Afrika Birliyinin, eləcə də Qərb ölkələrinin üzv olduğu G20-də Türkiyənin İsrail-Fələstin məsələsinə münasibəti bir daha ifadə olunacaq və beynəlxalq ictimaiyyətə çağırış ediləcək.

Görüşdə H. Fidan beynəlxalq münaqişələrə ikili standartlardan uzaq, diplomatiya yolu ilə həll yolları axtarılmaqla ədalətli, əhatəli və effektiv beynəlxalq sistemin formalaşa biləcəyi mesajını verəcək.

G20 toplantısında Rusiya-Ukrayna müharibəsindən sonra böhrana səbəb olan ərzaq təhlükəsizliyi və enerji məsələsinin də gündəmdə olacağı gözlənilir.

“Qlobal idarəetmə islahatı” sessiyasında BMT, Ümumdünya Ticarət Təşkilatı (ÜTT), beynəlxalq inkişaf bankları və beynəlxalq maliyyə institutlarının islahatları müzakirə olunacaq. Hakan Fidan bu sessiyada prezident Rəcəb Tayyib Ərdoğanın “Dünya beşdən böyükdür” devizi çərçivəsində Türkiyənin fikirlərini çatdıracaq.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR