İnsanlara hürriyət, millətlərə istiqlal!

Hafiz Hacıyevdən açıqlama: "Mənim üçün Xankəndini idarə etmək asan olacaq"  

2675 25.09.2023 20:08 Gündəm A A

"Qarabağı terrorçulardan azad etmək öz hüququmuzdur. Biz evimizə girən oğrunu qovmuşuq. Antiterror tədbirləri uğurla başa çatıb. Azərbaycan xalqına gözaydınlığı verirəm".

Bunu Musavat.com-a Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib. O hesab edir ki, bu həftə ərzində Xankəndidə bayrağımız qaldırılmalı, ermənilərlə danışıqlar aparılmalıdır: "Qarabağın erməniəsilli sakinləri sevinməlidirlər ki, biz onları terrorçulardan xilas etdik. Gec də olsa, buna nail olduq. Buna görə Ali Baş Komandana təşəkkür etməliyik. Bundan sonra baş verən bütün proseslər xalqımızın xeyrinə olacaq. Ermənilərə münasibətimizi bütün dünya görür. Onlara tolerant, mədəni yanaşırıq. Bu hər zaman belə olub. Onları nə qədər tez yola salsaq, bizə o qədər xeyirdir. Biz dinc əhali ilə yox, erməni terrorçuları ilə vuruşuruq. Dinc əhaliyə hər cür şərait yaradılır. Allah yollarını açıq eləsin. Qərbi azərbaycanlıların məcburi qovulması başqa cür olmuşdu amma dinc ermənilərə qucaq açmışıq, onların dinc yola salınması bizim tolerantlığımızı sübut edir. Onları himayə edən xarici dövlətlər, dəstəkləyən "blogerlər", Əli Kərimli başda olmaqla bəzi partiya sədrləri çatlasınlar ki, onların proqnozları düz çıxmadı. 3 düşmən partiyadan başqa bütün siyasi partiyalar bəyanata qol çəkdilər. Biz sevinirik, onların əlinə "kozır" verməməliyik".

H.Hacıyev Xankəndidə mer olma təşəbbüsü ilə bağlı bildirdi ki, bu, asan olmayacaq: "Ermənilər kinli millətdir, tolerant olmağı bacarmırlar. Mən İrəvanda böyümüşəm. Onlar hər cür terrora hazır olacaqlar. Buna görə də səlahiyyətli nümayəndə üçün çətin olacaq. İstənilən halda, cənab prezident məsləhət görən kimi olacaq. Ora kim getsə, şəhid olacaq. Hər şeyə hazır olmalıyıq. Vətən, dövlət, o cümlədən Ali Baş Komandan üçün ölümə də getməyə hazıram. Terrorçuların qovulması üçün diplomatlarımız işlər görməli idilər. Qarabağda deputatımız da var idi. İndiyə kimi nə iş görüb? Yəni, Xankəndiyə ermənilərlə işləməyi bacaran, səriştəsi, təcrübəsi olan adam rəhbər təyin olunmalıdır. Elə şəxs olmalıdır ki, dövlət başçısının siyasətini orada tam həyata keçirməlidir. Əlini əlinin üstünə qoyan, ermənilərin evlərini satmaqla məşğul olan adamı qoymaq olmaz. Orada rüşvət yoxdur, satılacaq heç nə yoxdur. Mən 4 dəfə prezident seçkilərində iştirak etmişəm. Hər halda mənim üçün Xankəndini idarə etmək asan olacaq".


Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR