İnsanlara hürriyət, millətlərə istiqlal!

Hacıqabulda 4 narkotacir saxlanılıb

545 02.11.2022 15:03 Kriminal A A

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Musavat.com-a verilən məlumata görə, Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Elşad Qaçayev saxlanılıb. Onun üzərinə keçirilən baxış zamanı 320 qram marixuana aşkarlanaraq maddi sübut kimi götürülüb.

Şöbə əməkdaşları tərəfindən keçirilən digər əməliyyat tədbirləri nəticəsində analoji cinayət əməli ilə məşğul olmaqda şübhəli bilinən daha 3 nəfər - Hacıqabul rayon sakini Şəhriyar Əsədov, Bakı şəhər sakinləri Əli Əlizadə və Sahim Hümbətov da saxlanılıblar. Həmin şəxslərin üzərinə keçirilən baxış zamanı onlardan müxtəlif çəkilərdə narkotik vasitə olan heroin aşkarlanıb.

Faktlarla bağlı Hacıqabul RPŞ-də cinayət işləri açılıb, saxlanılan şəxslər barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbirləri seçilib. Araşdırmalar davam etdirilir.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR