İnsanlara hürriyət, millətlərə istiqlal!

Haaland: "Mbappenin Norveçdə oynamasını istərdim"

424 23.02.2023 16:45 İdman A A

"Mançester Yunayted"in futbolçusu Erlinq Haaland PSJ-nin hücumçusu Kilian Mbappe haqda danışıb.

Qol.az GFFN-ə istinadən xəbər verir ki, o, Fransa millisinin üzvü barədə müsbət fikirlər səsləndirib: “Yaxşı oyunçular çoxdur və Kilian onlardan biridir. O, çox güclüdür! Fransızların bəxti gətirib ki, millidə belə futbolçu var. Təbii ki, onun Norveçdə oynamasını istərdim, amma bu, mümkün deyil. O, inanılmazdır.

Mbapp güclüdür, sürətlidir və bütün bunları illərdir edir. Məndən cəmi iki yaş böyükdür? Bu dəlilikdir! Bəzən özünə xatırlatmalısan ki, o, daha on il də ən yüksək səviyyədə oynaya bilər. O, fenomenaldır".

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR