İnsanlara hürriyət, millətlərə istiqlal!

Gürcüstanın baş nazirindən ŞOK AÇIQLAMA- Aİ rəsmisi onu ölümlə təhdid edib

1353 23.05.2024 18:15 Dünya A A

 Gürcüstanın Baş naziri İrakli Kobaxidze şok açıqlama verib.

Musavat.com-un xarici mediaya istinadən verdiyi məlumata görə baş nazir bildirib ki, onunla söhbətində Avropa komissarlarından biri onu Slovakiyanın baş nazirinin həyatına qəsd nümunəsi ilə qorxudub.

Kobaxidze bildirib ki, ölkəsində qəbul olunan “xarici təsir” qanununa görə verilən bu mesajı şəxsən özünə təhdid kimi qiymətləndirir.

 “Əminəm ki, həmin qüvvələrin Gürcüstanla bağlı planı bu dəfə də iflasa uğrayacaq. Ölkəmiz mövcud sabitliyi qoruyub saxlaya biləcək və inkişafa doğru addımlamaqda davam edəcək”,-deyə baş nazir bildirib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR