İnsanlara hürriyət, millətlərə istiqlal!

Gürcüstanın baş naziri: “Azərbaycanla bağlı önəmli planlarımız var” - VİDEO

1621 22.03.2024 02:15 Siyasət A A

“Azərbaycana səfərim mənim üçün çox önəmli idi”

Musavat.com xəbər verir ki, bu fikirləri Baku TV-yə açıqlamasında Gürcüstanın baş naziri İrakli Kobaxidze deyib.

O bildirib ki, Brüsseldən sonra bölgədəki ilk səfəri Azərbaycana olub:

“Prezident İlham Əliyevlə mühüm görüşümüz baş tutdu. Azərbaycan-Gürcüstan münasibətləri, dostluğumuz və tərəfdaşlığımızla bağlı bütün mövzularda olduqca səmimi və məhsuldar söhbətimiz oldu. Siyasi, iqtisadi və mədəni sahələr üzrə bir sıra təşəbbüslərimiz, eləcə də önəmli planlarımız var”, - deyə o bildirib.

Ətraflı süjetdə:

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR