İnsanlara hürriyət, millətlərə istiqlal!

Gürcüstanın anti-qərbçiləri yeni partiya qurdular

647 19.03.2024 16:21 Region A A

Gürcüstanda əvvəllər hakim “Gürcü arzusu” partiyasından olan bir qrup deputat yeni partiya yaradıb.

Musavat.com xəbər verir ki, bu partiya Gürcüstanda Qərb əleyhdarları tərəfindən qurulub və “Xalqın gücü” adlanır.

Mətbuat xidmətinin məlumatına görə, partiyanın bir gün əvvəl, martın 18-də keçirilən təsis qurultayında nizamnaməsi qəbul edilib, struktur formalaşdırılıb, “Gürcü arzusu”ndan olan keçmiş deputat Sozar Subari partiyanın sədri seçilib.

“Partiyanın əsas komitəsi Dmitri Xundadze, Mixeil Kavelaşvili, Quram Maçaraşvili, Eka Sepaşvili, David Kaçarava, Viktor Caparidze, Zaal Mikeladze və İrakli (Daçi) Berayya da daxil olmaqla 8 üzvdən ibarətdir”, - deyə mətndə qeyd edilir.

“Bizim əsas vəzifəmiz 9 ildir mövcud olan rejimi pisləmək, Milli Hərəkat Partiyasına (Saakaşvili) qarşı çıxmaq və istər müharibə ilə bağlı, istərsə də digər proseslərlə bağlı hər şeyə pərdəni qaldırmaqdır”, - deyə partiya rəhbərlərindən İrakli Berayya bildirib.

Qeyd edək ki, 2022-ci il iyunun sonunda parlamentin üç komitəsinə rəhbərlik edən deputatlar hakim “Gürcü arzusu”nun sıralarını tərk edərək “Xalqın gücü” milli hərəkatının yaradıldığını bəyan etmişdilər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR