İnsanlara hürriyət, millətlərə istiqlal!

Gürcüstandan Rusiyaya qarşı addım: QADAĞAN edildi

2046 26.09.2023 12:02 Son xəbər A A

Bu gündən etibarən Gürcüstandan Rusiya ərazisinə Avropa İttifaqı ölkələrində istehsal olunan avtomobillərin ixracı, reixracı və ya tranziti tam dayandırılıb.

Musavat.com xəbər verir ki, Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin mətbuat xidmətinin məlumatına görə, bu addım Avropa İttifaqının Rusiyaya qarşı 11-ci sanksiya paketinin tələblərindən irəli gəlir.

Qadağa mühərrikinin həcmi 1,9 kubmetrdən çox olan avtomobillərə, həmçinin hidrid avtomobillərə və elektromobillərə aiddir.

Xatırladaq ki, Gürcüstan hökuməti avqustun 1-dən ABŞ-da istehsal olunan avtomobillərin Rusiya Federasiyasına ixracına və təkrar ixracına məhdudiyyətlər qoyub. Gürcüstanın Milli Statistika Xidmətinin daha əvvəl bildirdiyi kimi, avqust ayında bu məhdudiyyətlər qüvvəyə mindikdən sonra respublika Rusiyaya cəmi 85 avtomobil tədarük edib ki, bu da əvvəlki ayla müqayisədə 12 dəfə azdır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR