İnsanlara hürriyət, millətlərə istiqlal!

Gürcüstanda minlərlə adamı ayağa qaldıran qanun geri götürüldü

686 09.03.2023 10:45 Siyasət A A

Gürcüstanda minlərlə adamın küçələrə axışaraq etiraz etməsinə səbəb olan qanun geri götürülüb.

Musavat.com xarici mətbuata istinadən xəbər verir ki, bu barədə “Gürcü arzusu – Demokratik Gürcüstan” və “Xalqın gücü” hərəkatı birgə bəyanat yayıb.

Qeyd edək ki, martın 7-də Gürcüstan parlamenti birinci oxunuşda Rusiya qanunvericiliyinin analoqu olan “Xarici agentlər haqqında” qanun layihəsini dəstəkləyib. Sənəddə KİV-ə və xaricdən maliyyə alan ictimai təşkilatlara “xarici təsir agenti” statusunun verilməsi təklif edilir.

Bundan sonra Tbilisidə qanun layihəsinə qarşı genişmiqyaslı etiraz aksiyaları başlayıb. Gürcüstan Prezidenti Salome Zurabişvili nümayişçiləri dəstəklədiyini bildirib və qanuna veto qoyacağını vəd edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR