İnsanlara hürriyət, millətlərə istiqlal!

Gürcüstanda hakim partiya prezidenti FAŞİSTƏ bənzətdi

940 01.11.2023 17:03 Region A A

Gürcüstanda prezidentlə hökumət arasında münaqişə səngimək bilmir.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, hakim “Gürcü arzusu - Demokratik Gürcüstan” partiyasının icraçı katibi Mamuka Mdinaradze respublika prezidenti Salome Zurabişvilinin rus dilində danışan insanlar haqqında dediklərini faşizm adlandırıb.

“Uşaqlarımın dayəsi rusca danışır. O, Karpatdan olan ukraynalıdır. 10 ildir ailəmizin üzvüdür və danışıq dili ruscadır. Bu müddət ərzində ona gürcü dilini öyrətmişik. İndi onu ölkədən qovmalıyıq? Bu, necə bir faşist yanaşmadır”, - deyə Mdinaradze Zurabişvilini bu sözlərlə tənqid edib.

Qeyd edək ki, Zurabişvili bir müddət əvvəl Amerikanın CBS teleşirkətinə verdiyi müsahibədə ölkəsində “düşmən dilində danışan və özlərini evlərindəki kimi hiss edən” insanların olmasından hiddətləndiyini bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR