İnsanlara hürriyət, millətlərə istiqlal!

Gürcüstan Rusiyadan yarım milyardlıq neft və neft məhsulu alıb

761 21.11.2022 12:49 İqtisadiyyat A A

Gürcüstanla Rusiya arasında ticarət dövriyyəsi bu ilin 10 ayında ötən ilin eyni dövrü ilə müqayisədə 50 faizə yaxın artaraq 2 milyard dollara yaxınlaşıb.

Musavat.com Gürcüstan Milli Statistika Xidmətinə istinadən xəbər verir ki, Rusiya ölkənin ikinci böyük ticarət tərəfdaşı statusu alıb.

Şimal qonşunun Gürcüstanın xarici ticarətində payı 12,8 faizə çatır. Yanvar-oktyabrda Gürcüstan Rusiyaya 55 min tondan çox təbii şərab (128 milyon dollar dəyərlə), 54 min tondan yuxarı ferroərintilər (105 milyon dollardan çox), 3,8 min ədəddən çox minik avtomobili (55 milyon dollardan çox), 9,1 min tondan çox spirtli içkilər (47 milyon dollardan yuxarı), 72 min tondan yuxarı mineral və təbii sular (40 milyon dollara yaxın) və sair ixrac edib.

Rusiya isə Gürcüstana ixracı 74 faiz artırıb. Belə ki, 10 ayda Gürcüstana 503 min tondan çox neft və neft məhsulları (495 milyon dollar) satılıb ki, bu da ötənilkindən 2,8 dəfə çoxdur. Bundan əlavə, gürcülər Rusiyadan 178 ton neft qazı və karbohidrogenlər (50 milyon dollar civarında), 91 min tondan yuxarı koks və yarımkoks (50 milyon dollar), 124 min tondan çox buğda və meslin (45 milyon dollardan çox) və sair alıblar.

10 ayda Gürcüstanın Türkiyə ilə qarşılıqlı ticarəti 36,6 faiz artımla 2,2 milyard dollara çatıb. Türkiyə ölkənin birinci böyük ticarət tərəfdaşı olaraq qalır. Üçüncü ticarət tərəfdaşı 24,7 faizlik illik artımla 1,5 milyard dollarlıq ticarət olunan Çindir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR