İnsanlara hürriyət, millətlərə istiqlal!

Gürcüstan qaz təchizatında ağırlığı Rusiyaya salır

985 21.08.2023 14:16 İqtisadiyyat A A

Gürcüstan Rusiyadan maye qaz alışını kəskin artırıb.

Musavat.com xəbər verir ki, ölkənin Neft Məhsulları İdxalçıları İttifaqının məlumatına əsasən, 2023-cü ilin yanvar-iyulunda Gürcüstan xaricdən 31,5 min ton maye qaz alıb.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 44,2 faiz – 9,66 min ton çoxdur. Alınan qazın 99,6 faizi – 31,36 min tonu Rusiyadan reallaşdırılıb.

Yeddi ayda Gürcüstan neft bitumu idxalını da 22,2 faiz artıraraq 61,1 min tona çatdırıb. Bu məhsulun da 44,4 faizi Rusiyadan alınıb. Daha sonra 31,7 faizlı İraq, 21,4 faizlə Türkiyə, 2,3 faizlə Azərbaycan və 0,2 faizlə Türkmənistan gəlir.

Qeyd edək ki, Rusiyadan qaz alışnı artıran Gürcüstan bu məhsulun Azərbaycandan alışını kəskin azaldıb. Belə ki, ötən ilin birinci yarısında gürcülər Azərbaycandan 244 milyon 271,88 min dollarlıq 1 milyard 809 milyon 604,24 min kubmetr, bu ilin eyni dövründə isə 206 milyon 139,6 min dollarlıq 1 milyard 186 milyon 477,53 min kubmetr qaz alıblar. Bu isə o deməkdir ki, Azərbaycandan qaz alışı dəyər ifadəsində 15,6 faiz, həcm ifadəsində isə 34,6 faiz azalıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR