İnsanlara hürriyət, millətlərə istiqlal!

Gürcüstan prezidenti: "Onlar Abxaziyanın hava limanını ələ keçiriblər və ..."

5931 11.11.2023 11:35 Siyasət A A

Rusiya ilə Avropa İttifaqı arasında seçim məsələsi Gürcüstanın mövcud olduğu bütün dövr ərzində mövcud olub.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sözlər Gürcüstan prezidenti Salome Zurabişvilinin Paris Sülh Forumunda çıxışı zamanı səslənib.

“Rusiya ilə Avropa İttifaqı arasında seçim Gürcüstanın mövcud olduğu bütün dövr ərzində edilib, lakin 1991-ci ildə müstəqillik əldə edildikdən sonra açıq şəkildə bəyan olunub və daimi seçimə çevrilib”.

Avropa Komissiyası namizəd statusunun verilməsini tövsiyə etdikdə, AB-yə dəstək 85%-ə qədər qalxdı.

Bilmirəm, bəlkə bundan yuxarı qalxa bilərik. Amma daha maraqlısı odur ki, 75% təhlükəsizlik baxımından Aİ-ni dəstəkləyir. Cəmi bir gün əvvəl Rusiya çoxdankı vərdişi ilə bir vətəndaşımızı qətlə yetirdi və işğal altındakı ərazilərimizin yaxınlığında vətəndaşımızı girov götürdü. Bu vaxtaşırı baş verən bir şeydir. Onlar Abxaziyanın hava limanını ələ keçiriblər və Qara dəniz limanlarından birini öz Qara Dəniz Donanması üçün hərbi bazaya çevirmək üzrədirlər”, - deyə Zurabişvili bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR