İnsanlara hürriyət, millətlərə istiqlal!

Gürcüstan Konstitusiya Məhkəməsi prezidentin iddiasını icraata götürdü

1281 18.07.2024 23:18 Dünya A A

Gürcüstanın Konstitusiya Məhkəməsi (KM) prezident Salome Zurabişvilinin xarici agentlər haqqında qanuna qarşı iddiasını qəbul edib.

Musavat.com Gürcüstan mətbuatına istinadən xəbər verir ki, bu barədə məlumatı Konstitusiya Məhkəməsinin mətbuat xidməti yayıb.

Zurabişvili iyulun 15-də qanunun ləğvi tələbi ilə məhkəməyə müraciət edib.

Onun fikrincə, bu, xüsusilə, Gürcüstan Konstitusiyasının 78-ci maddəsinə ziddir, buna görə hakimiyyətin bütün qolları öz səlahiyyətləri daxilində ölkənin Aİ və NATO-ya inteqrasiyası üçün mümkün olan hər şeyi etməlidir.
Parlament iddiada cavabdeh olacaq.

Əvvəllər mətbuatda bildirilirdi ki, məhkəmə iddianı məqbul sayarsa, ərizəçilər yekun qərar qəbul olunana qədər qanunun icrasının dayandırılması mexanizminin işə salınması ilə bağlı vəsatət verə bilərlər.

Zurabişvilinin ardınca Gürcüstanın 120-dən çox qeyri-hökumət təşkilatı da qanunun ləğvi tələbi ilə Konstitusiya Məhkəməsinə müraciət edib. Onun icraata qəbulu barədə məlumat hələ açıqlanmayıb.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR