İnsanlara hürriyət, millətlərə istiqlal!

Güney Azərbaycanda qələbə şənlikləri keçirilir

962 07.07.2024 18:45 Region A A

Azərbaycanlı siyasətçi Məsud Pezeşkianın İranın 9-cu prezidenti seçilməsindən sonra Güney Azərbaycan şəhərlərində şənlik mərasimləri keçirilib.

Musavat.com Gunaz.tv-yə istinadən bildirir ki, bu barədə yerli sosial media kanallarında paylaşımlar edilib.

Təbriz, Urmu, Sulduz, Ərdəbil və başqa bir neçə şəhərlərdə küçələrə axışan azərbaycanlılar türk namizədin qələbəsini qeyd ediblər. Azərbaycan musiqi və mahnıları səsləndirilən mərasimlərdə iştirak edənlər, Pezeşkianı qeyri-fars xalqlara vəd etdiyi milli hüquqların həyata keçirilməsi üçün səy göstərməyə çağırıblar.

Qeyri-fars xalqların bir sıra nümayəndələri, Məsud Pezeşkianın qələbəsini türk və başqa qeyri-farslara düşmən olan fars miliyyətçilərinin məğlubiyyəti kimi qiymətləndiriblər.

Qeyd edək ki, Məsud Pezeşkian iyulun 5-də İranda keçirilən prezident seçkisinin ikinci turunda 30,53 milyon bülletenin hamısının emalının nəticələrinə əsasən, 16,384 milyon (53,6%) səs toplayaraq İranın 9-cu prezidenti seçilib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR