İnsanlara hürriyət, millətlərə istiqlal!

Gün eynəyi alarkən bu məqamlara diqqət etməliyik FOTO

1293 28.04.2022 17:59 Region A A

 

Yay fəslinin gəlişi ilə gün eynəklərinə olan tələbat artıb. Günəşin zərərli şüalarından qorunmaq üçün aldığımız eynəklər qiymət və keyfiyyət baxımından fərqlidir.

Gün eynəkləri şüşələrinin materialına görə 3 növə ayrılır: plastmas, şüşə, polorid.

Bakıda yol kənarlarında olan kiçik vitrinlərdə, mağazalarda 5-7 manata satılan gün eynəkləri var ki, onlar qiymətinə görə cəzbedici olsa da, mütəxəssislərin sözlərinə görə sağlamlıq üçün olduqca zərərlidir.

Mütəxəssislər bildirirlər ki, eynək alan zaman sertifikata önəm vermək lazımdır.

Təbii ki, brend eynəklərə də üstünlük verənlər var. Ancaq  qiyməti baha olduğu üçün hər alıcı kütləsi  üçün əlçatan deyil.

Satıcılarla söhbətimiz zamanı onlar alıcıların əsasən şüşə eynəklərə üstünlük verdiklərini söylədilər. Onlar bildirdilər ki, alıcı şüşə eynək axtarsa da, orqanik eynəklər daha keyfiyyətli və sağlamlıq üçün uyğundur:

“Alıcılar demək olar ki,  sertifikat tələb etmirlər. Lakin onların sağlamlığı üçün polorid eynəklər daha xeyirlidir. Sadəcə qiymət baxımından bir az yüksək olduğu üçün digər şüşələrdən olan eynəkləri daha çox alırlar”. 

Mövzu ilə bağlı oftalmoloq Anar Quliyev  Musavat.com-a açıqlamasında bildirdi ki, alıcılar gün eynəyi alarkən bir neçə məqama diqqət etməlidir:

“Əvvəlcə yaşadığı ərazidən, iqlimdən, Günəş şüalarının intensivliyindən və işindən asılı olaraq dəyişir. Daha sonra diqqət edilməli olan məqam istehsalçı şirkətdir. Adətən alıcılar hansı tipdə və materialda gün eynəyi istifadə etmək istəyirsə ona uyğun eynək alırlar. Məsələn, xamelyon adlandırdığımız eynəklər var ki, Günəş şüasına məruz qaldıqda şüşə olan hissəsi tündləşir. Digər vaxtlarda isə rəng şəffaflaşır. Adi halda 50 faizi tündləşdirilmiş gün eynəklərdən istifadə etmək daha məqsədəuyğundur. Gün eynəklərinin şüşə hissəsi üçün müxtəlif materiallar var. Hətta hər bir material öz xüsusiyyətləri ilə seçilir”.

 

Ləman Rüfətqızı,
Musavat.com

 

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR