İnsanlara hürriyət, millətlərə istiqlal!

Gümüş medal yaxşı nəticədir - Zəhra Tairova

701 13.11.2022 12:06 İdman A A

Bədii gimnastika üzrə 27-ci Bakı çempionatının gümüş medalı yaxşı nəticədir.

Musavat.com xəbər verir ki, bu barədə Trend-ə 2012-ci il təvəllüdlü gimnastlar arasında keçirilən çempionatda çoxnövçülükdə ikinci yeri qazanan gənc gimnast Zəhra Tairova deyib.

"Nəticədən razıyam, qarşıdakı yarışlarda daha da yaxşı çıxış etmək üçün çox məşq etməyə davam edəcəyəm" gimnast dedi.

Bakı Gimnastika Məktəbinin yetirməsinin sözlərinə görə, çıxış zamanı yarışın tamaşaçıları ona böyük dəstək olublar.

"Təbii ki, həyəcan olur, amma tamaşaçıların dəstəyi kömək edir. Bu gün anam tamaşa zalında idi və bu da mənə inam yaratdı", - deyə gümüş mükafatçı əlavə edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR