İnsanlara hürriyət, millətlərə istiqlal!

"Gülməli görünürsüz" - Sevinc Telmanqızı Dilçilik İnstitutundakı "dovşan müzakirəsi"ndən danışdı

1079 23.11.2022 22:54 Gündəm A A

"Azərbaycan dilində, dilçiliyimizdə həll olunmayan məsələ bir tək budurmu? Yəni, biz bunu həll etsək, bütün problemlər həll olacaqmı? Dovşana [do:şan] da deyə bilərsiniz, [dof:şan] da deyə bilərsiniz, [dov:şan] da . Bunun heç bir fərqi yoxdur. Tələffüz qaydasını, orfoqrafiya və ya orfoepiya qaydalarını müüəyyənləşdirmək asandır. Amma Azərbaycan dilinin əldən getdiyini heç kəs unutmasın."


Musavat.com xəbər verir ki, bu sözləri "Tv Müsavat"ın efirində aparıcı Sevinc Telmanqızı deyib. 

O qeyd edib ki, yeniyetmələrimizin dili bu dəqiqə əldən gedib: "Siz bir yeniyetmə ilə oturun, söhbət edin, görün Azərbaycan dilini necə bərbad vəziyyətdə danışır. Yarı Azərbaycan dili, yarı rus, yarı ingilis. Bütün sözlərin hamısını qatır bir-birinə..."

Daha ətraflı verilişdən təqdim etdiyimiz hissədə: 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR