İnsanlara hürriyət, millətlərə istiqlal!

Gülay onları polisə şikayət etdi

1217 21.07.2024 12:40 Şou-biznes A A

Müğənni Gülay Zeynallı ona təhqir yazan sosial şəbəkə istifadəçilərini polisə şikayət edib. 

Buna səbəb ifaçının dediyi "Marketə gedib bazarlıq edən adamam, kompleksim yoxdur" sözləri olub. Tənqidlərə reaksiya verən Gülay bəziləri ilə bağlı şikayət ərizəsi yazdığını bildirib:

"Bu mövzuda son paylaşımımdır. Bəziləri yazır ki, sən kimsən? Deyim sizə? Paylaşımların altından 200, 300 şərh yazdığınız mənəm. Market söhbətinə gəldikdə isə özümü siravi insanlarla yox, tanınmış insanlarla müqayisədə demişəm ki, kompleksiz insanam. Hər işimin arxasınca özüm gedirəm, işçilərim olsa belə. 10 faizi çıxmaqla hansı müğənni mağazaya gedir? Görən olur tez-tez? Heç biri. Çünki sənətçidirlər. Ona görə də bir şeyi düzgün başa düşün, sonra fikir bildirin. Onsuz da mənim fikrimi başa düşən düşüb. Bəzilərini də buradan başa salıram ki, o şərhə ayırdığınız zamanı həyatınıza, evinizə ayırın. 

Qeyd edirəm ki, dərinə gedib, artıq şərh yazanlar haqqında şikayət ərizəsi təqdim etmişəm".  

Qeyd edək ki, Gülay "primetime"a müsahibəsində "Marketə girib bazarlıq edib çıxıram" sözlərini deyib və tənqid olunub./axşam.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR