İnsanlara hürriyət, millətlərə istiqlal!

Göyçayda avtomobil piyadanı vurub

281 22.06.2022 11:55 Hadisə A A

Göyçay rayonunda yol-nəqliyyat hadisəsi olub.

APA-nın yerli bürosunun xəbərinə görə, rayon sakini Nəsirov Qadir Mirələm oğlu idarə etdiyi "VAZ-2106" markalı minik avtomobili ilə Göyçay şəhərinin M.Hüseynzadə küçəsində hərəkətdə olarkən yolu keçən piyadanı, Cəyirli kənd sakini Vəliyev Qorxmaz Vəli oğlunu vurub. Yaralı Göyçay rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR