İnsanlara hürriyət, millətlərə istiqlal!

Göyçayda 69 yaşlı qadın itkin düşüb

409 19.01.2024 13:19 Kriminal A A

Göyçayda 69 yaşlı qadın itkin düşüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Musavat.com-a verilən məlumata görə, Göyçay rayonunun Çərəkə kənd sakini, 1955-ci il təvəllüdlü Bəkirova Zümrüd Seyidəbi qızı yanvarın 13-ü səhər saat 08 radələrində yaşadığı evdən çıxıb naməlum istiqamətdə gedərək qayıtmayıb.

Qadın barəsində hər hansı bir məlumatı olan şəxslərin DİN-in “102” Xidməti-Zəng Mərkəzinə, eləcə də Göyçay Rayon Polis Şöbəsinin (020)274–04-91 şəhər və (050) 774-04-91 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR